Modern.az

Qəzzadan qaçqınlar Çeçenistana gəldi

Qəzzadan qaçqınlar Çeçenistana gəldi

Dünya

29 Noyabr 2023, 14:52

Qəzza zolağını tərk etmək məcburiyyətində qalan insanların bir qrupu Çeçenistana gəlib.

 

Modern.az "Kavkaz. Realii"yə istinadən xəbər verir ki, bu, Çeçenistana gələn ilk qrupdur.

 

51 nəfər, o cümlədən 27 uşaq bu qrupda gedib. Respublikaya gətirilənlər arasında 38 yerli Rusiya vətəndaşı və 13 fələstinli var. Onlar “Qornı Klyuç” uşaq sağlamlıq düşərgəsinə yerləşdiriləcək.

 

Bundan əvvəl Çeçenistanın hakimiyyət orqanları 250-yə qədər insanı qəbul etməyə hazır olduqlarını açıqlamışdılar.

 

Qeyd edək ki, Çeçenistanla yanaşı, Dağıstan da Qəzzadan qaçqın qəbuluna hazır olduğunu elan etmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!