Amerikalı milyarder İlon Mask 2024-cü ildə keçiriləcək prezident seçkilərində ABŞ-ın hazırkı prezidenti, Demokratlar Partiyasının nümayəndəsi Co Baydenə səs vermək niyyətində olmadığını bildirib.
Modern.az xəbər verir ki, bu barədə o, "The New York Times” (NYT) qəzetinin təşkil etdiyi tədbirdə danışıb.
“Mən Baydenə səs verəcəyimi düşünmürəm. Trampa səs verib-verməyəcəyimi hələ bilmirəm və deyə bilmərəm. Bu, həqiqətən çətin seçim olacaq”, - iş adamı qeyd edib.
Mask xatırladıb ki, 2020-ci il seçkilərində Co Baydenə səs verib, lakin indi onun qərarı “tamamilə fərqli” olacaq.