Modern.az

Orban yenə Ukraynanın ƏLEYHİNƏ ÇIXDI

Orban yenə Ukraynanın ƏLEYHİNƏ ÇIXDI

Dünya

1 Dekabr 2023, 12:02

Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqına Ukraynanın üzvlük məsələsini 5-10 il təxirə salmağı təklif edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Strana" məlumat yayıb.

 

O, hələlik Ukrayna ilə strateji tərəfdaşlıq sazişi bağlamağı tövsiyə edib. Orbanın fikrincə, Ukraynanın Aİ-yə daxil olması məsələsinin dekabrda keçiriləcək sammitin gündəliyinə belə salınmamalıdır.

 

“Ölkələr arasında heç bir razılaşmanın olmayacağı əvvəlcədən aydındır”, - Macarıstan Baş naziri fikirini belə əsaslandırmağa cəhd göstərib.

 

Bir gün əvvəl onun ofisindən bildirilib ki, Macarıstan Ukraynanın Aİ-yə daxil olması, ona 50 milyard avro ayrılması və silah tədarükü ilə bağlı danışıqlara başlamaq qərarına dəstək verməyəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!