Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev Rusiya prezidenti Vladimir Putinə “Mənim həyatım: Asılılıqdan sərbəstliyə” kitabının müəllif nüsxəsini yollayıb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Nursultan Nazarbayevin kitabı dekabrın 1-də, 1991-ci ildə Qazaxıstanda keçirilən ilk prezident seçkilərində qalib gəldiyi gün satışa çıxarılıb. Sabiq prezident xatirələrində onun rəhbərliyi altında ölkənin inkişafından, şəxsi həyatından, eləcə də əcnəbi həmkarları ilə münasibətlərindən danışır. Kitabın fəsillərindən biri Vladimir Putinə həsr olunub.
Peskovdan Rusiya prezidentinin Nazarbayevin xatirələrini oxuyub-oxumadığı soruşulub.
“Nursultan Abişeviç kitabını Vladimir Vladimiroviçə göndərib. Prezidentə təhvil veriləcək. Bu, elə orijinal nüsxədir”, - deyə mətbuat katibi bildirib.