Modern.az

Ağ Evin maliyyə direktorundan həyəcan təbili: Ukrayna üçün pul tükənir!

Ağ Evin maliyyə direktorundan həyəcan təbili: Ukrayna üçün pul tükənir!

Dünya

4 Dekabr 2023, 14:48

"Birləşmiş Ştatların ilin sonuna qədər Ukraynanı maliyyələşdirmək üçün vəsaiti tükənəcək və Konqres yeni yardım paketini təsdiqləməsə, bu, Kiyevin süqutuna səbəb ola bilər".

 

Modern.az "Financial Times"a istinadən xəbər verir ki, bu barədə konqresmenlərə Ağ Evin büdcə direktoru Şalanda Yanq bildirib.

 

“Bu ehtiyacı ödəyə biləcək sehrli maliyyə mənbəyi yoxdur. Pulumuz və demək olar ki, vaxtımız bitdi. ABŞ silah və texnikasının axınının kəsilməsi Ukraynanı döyüş meydanında süquta uğradacaq, təkcə Ukraynanın qazanclarını təhlükə altına atmayacaq, həm də Rusiyanın hərbi qələbələri ehtimalını artıracaq”, - o, hər iki partiyanın liderlərinə məktubunda yazıb.

 

"Həm silah tədarükü, həm də iqtisadiyyatı dəstəkləmək üçün pul lazımdır. Ukraynanın iqtisadiyyatı çökərsə, onlar mübarizəni davam etdirə bilməyəcəklər. Putin bunu yaxşı başa düşür və buna görə də Rusiya Ukraynanın iqtisadiyyatını məhv etməyi öz strategiyasının mərkəzi hissəsinə çevirib - bunu Ukraynanın taxıl ixracına və enerji infrastrukturuna hücumlarında da görə bilərsiniz”, - direktor qeyd edib.

 

Sonda o əlavə edib ki, Ukraynaya pul ayırmaq ABŞ iqtisadiyyatına da fayda verəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!