Modern.az

Türkiyə seçkiləri: Akşener CHP-nin ittifaq təklifinə YOX dedi 

Türkiyə seçkiləri: Akşener CHP-nin ittifaq təklifinə YOX dedi 

Dünya

5 Dekabr 2023, 01:00

Türkiyədə mart ayında keçirilməsi planlaşdırılan bələdiyyə seçkiləri öncəsi siyasi partiyalar arasında ittifaq müzakirələri intensivləşib.

 

Modern.az xəbər verir ki, müxalifətdə təmsil olunan İYİ Partiyasının idarə heyəti Cümhuriyyət Xalq Partiyasının ittifaq qurmaq barədə təklifini müzakirə edib.

 

İclasda lehinə 14, əleyhinə 35 səslə CHP ilə seçki əməkdaşlığına mənfi cavab verilib.

 

Meral Akşenerin sədrliyi ilə keçirilən iclas 3 saat davam edib və CHP-nin yeni sədri Özgür Özelin ittifaq təklifinə "yox" cavabı verilib.

 

Partiyanın seçkilərə təkbaşına girəcəyi bildirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!