Modern.az

G7-nin onlayn sammiti keçiriləcək

G7-nin onlayn sammiti keçiriləcək

Dünya

6 Dekabr 2023, 08:34

“Böyük Yeddilik” (G7) ölkələrinin liderləri videobağlantı vasitəsilə məsləhətləşmələr aparacaqlar.

 

Modern.az xəbər verir ki, bunu Ağ Evin açıqladığı Prezident Co Baydenin dekabrın 6-na olan iş qrafiki də sübut edir.

 

Görüş bu gün Bakı vaxtı ilə saat 18:30-da reallaşacaq. Tədbirin gündəliyi və bununla bağlı hər hansı təfərrüat açıqlamayıb. Amerika tərəfi məsləhətləşmələrin bağlı qapılar arxasında keçiriləcəyini təsdiqləyib.

 

Qeyd edək ki, Yaponiya bu il G7-yə sədrlik edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!