Modern.az

Separatçılar 44 günlük müharibə zamanı iki dəfə Paşinyana yalvarıblar ki...

Separatçılar 44 günlük müharibə zamanı iki dəfə Paşinyana yalvarıblar ki...

Dünya

7 Dekabr 2023, 10:06

“2020-ci ildəki 44 günlük müharibə zamanı Qarabağdakı erməni separatçıların rəhbərləri iki dəfə Ermənistanın Baş naziri Nikol Paşinyana müraciət ediblər ki, nəyin bahasına olursa olsun döyüşləri dayandırsınlar”.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu Qarabağdan qovulmuş separatçıların qondarma “təhlükəsizlik şurasının keçmiş katibi” Samvel Babayan qondarma “Artsax prokurorluğu” tərəfindən 44 günlük müharibə ilə əlaqədar başlanmış cinayət işi çərçivəsində dindirilərkən deyib.

O bildirib ki, Paşinyana əvvəlcə qondarma “Artsaxın keçmiş prezidentləri” Arkadi Qukasyan, Bako Saakyan müraciət edib, sonra da Arayik Arutyunyan. Onların ardınca qondarma “Artsax parlameninin deputatları” da Paşinyana belə bir müraciət ünvanlayıblar.

Babayanın dindirilməsi ilə bağlı məlumatı “Artsaxın keçmiş baş prokuroru”, daha sonra “dövlət naziri” Qurgen Nersisyan və digərləri təsdiqləyiblər.

Samvel Babayan ifadəsində bildirib ki, 44 günlük müharibə zamanı hərbi qulluqçular peşə və ərazilərə görə düzgün bölünmədiyindən şəxsi heyət döyüş tapşırığını yerinə yetirmək iqtidarında deyildi... O, fərarilik hallarının da çox olduğunu söyləyib:

“Fərarilik hallarının qarşısını almaq üçün işlər görülməli idi, məndə olan məlumata görə, bir çox vətəndaş Qarabağ ərazisini maneəsiz tərk edə bilmiş və ya gizlənmişdir. Səfərbərliyin hazırlanmasına cavabdeh olan şəxslər öz vəzifələrini yarımçıq yerinə yetiriblər”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!