Modern.az

Şagird sinif yoldaşlarını GÜLLƏLƏDİ

Şagird sinif yoldaşlarını GÜLLƏLƏDİ

Dünya

7 Dekabr 2023, 11:20

Rusiyanın Bryansk vilayətində 5 nömrəli gimnaziyanın şagirdi məktəbdə qəfildən atəş açmağa başlayıb.

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, səlahiyyətlilər 2 nəfərin həyatını itirdiyini və 4 yaralı olduğunu bildirib.

 

Güman ki, ölənlər arasında atıcının özü də olub. İstintaq Komitəsi cinayət işi açıb.

 

"Səkkizinci sinif şagirdi odlu silah gəzdirib, ondan bir neçə dəfə atəş açıb", - qızın məktəbə atasına məxsus silahı gətirdiyinə aydınlıq gətirən mənbə deyib.

 

Məktəblilər təxliyə edilib. İdman zalı polis əməkdaşları tərəfindən mühasirəyə alınıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!