Ermənistan parlamentinin spikeri Alen Semonyan Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın dünənki brifinqdə səsləndirdiyi fikirlərə münasibət bildirib.
Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, spiker Zaxarova ilə həmfikir olub.
"Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi dünən bəyan etdiyi kimi, silah məsələsini tərəfdaşlıq ruhunda həll etmək olar. Rusiya tərəfinin öz prinsiplərinə və imzaladığı sənədlərə sadiq qaldığını göstərmək şansı var.
Lakin bu, heç bir halda Ermənistanın öz təhlükəsizliyini təmin etmək qərarına təsir etməyəcək", - o qeyd edib.