Modern.az

"İsrailə gedən gəmilərə mane olacağıq"

Dünya

9 Dekabr 2023, 23:45

Yəmənin “Ənsar Allah” hərəkatından olan husilər İsrailə gedən gəmilərin keçidinə mane olacaqlar.

 

Modern.az xəbər verir ki, bu barədə üsyançı hərəkatın nümayəndəsi Yəhya Səriya “Al Masirah” telekanalında bildirib.

 

"Yəmən silahlı qüvvələri hansı ölkəyə mənsub olmasından asılı olmayaraq, İsrailə gedən gəmilərin keçidinin qarşısını alacaq. Qəzza zolağı ehtiyac duyduğu qida və dərmanı almazsa, bu cür gəmilər qiyamçıların qanuni hədəfinə çevriləcək”, - məlumatda deyilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!