Modern.az

Qaribaşvilidən Avropa liderlərinə məktub: Bizə namizəd statusu verin...

Qaribaşvilidən Avropa liderlərinə məktub: Bizə namizəd statusu verin...

Dünya

13 Dekabr 2023, 12:58

“Gürcüstanın gələcəyi Avropa İttifaqındadır”.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri İrakli Qaribaşvili Avropa liderlərinə göndərdiyi məktubda qeyd edib.

 

Qaribaşvili Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelə yazıb: “Hökumətimiz konkret nəticələr əldə edib ki, bu da Gürcüstanın öz öhdəliklərini yerinə yetirməsi və tədricən Aİ qanunvericiliyinə uyğunlaşması üçün konkret tədbirlər və genişmiqyaslı qanunvericilik işləri aparması ilə nəticələnib”.

 

O, həmçinin iddia edib ki, “Gürcü arzusu” müvafiq islahatların həyata keçirilməsi üçün "tam səfərbər olunub”.

 

Qaribaşvili Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenə yazıb ki, Aİ-yə namizədliyin təsdiqlənməsi Gürcüstanda uzunmüddətli sülhün bərqərar olmasına əlavə təkan verəcək.

 

Qaribaşvili Aİ-yə sədrlik edən İspaniyanın baş naziri Pedro Sançezə göndərdiyi məktubda Gürcüstana namizəd statusunun verilməsinin strateji və gələcəyə hesablanmış qərar olacağını, hər kəs üçün vacib olduğunu bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!