Modern.az

Rusiyada təşviqat qaydalarını pozan vətəndaşlar məsuliyyətə cəlb ediləcək?

Rusiyada təşviqat qaydalarını pozan vətəndaşlar məsuliyyətə cəlb ediləcək?

Dünya

13 Dekabr 2023, 13:08

Rusiyada Ali Məhkəmə seçkiqabağı təşviqat qaydalarını pozduqlarına görə sosial şəbəkələrdə yazılan yazılara görə təkcə KİV-ləri deyil, sadə vətəndaşları da cərimələməyi təklif edib.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, onlar seçkiqabağı təşviqat materiallarının hazırlanmasında və yayılmasında qaydaların pozulmasına görə cərimələrin təkcə mediaya deyil, həm də “digər şəxslərə”, o cümlədən sosial şəbəkələrdə məlumat yayanlara da şamil edilməsini istəyirlər.

 

“Kommersant” yazır ki, bu, Ali Məhkəmənin hakimi Sergey Kuzmiçevin təqdim etdiyi Rusiya Ali Məhkəməsi plenumunun qətnamə layihəsindən irəli gəlir.

 

Hakimin sözlərinə görə, ilkin olaraq İnzibati Xətalar Məcəlləsinin 5.5-ci maddəsi (“Seçkilərin informasiya təminatında KİV-in iştirakı qaydasının pozulması”) ilk növbədə KİV-ə şamil edilsə də, sonradan “bu normanın əhatəsi genişləndirilib”. İndi “informasiya və telekommunikasiya şəbəkələri”ndə məlumat yayan “digər şəxslər” də qanun pozucuları kimi tanınmaq olar.

 

Onlar bu cür materialların qanunsuz hazırlanmasına və yerləşdirilməsinə görə (İnzibati Xətalar Məcəlləsinin 5.12-ci maddəsi), o cümlədən öz təşəbbüsü ilə müstəqil təşviqat aparan hər hansı şəxsi - saytın, sosial şəbəkələrdəki səhifənin və ya teleqram kanalının sahibini məsuliyyətə cəlb edəcəklər.

 

Qeyd edək ki, Rusiyada 17 mart 2024-cü il tarixinə Prezident seçkiləri təyin edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!