"Rusiya Yaxın Şərq nizamlanmasına dair İsrailin təhlükəsizliyini pozan və Fələstinin yaradılmasını nəzərdə tutmayan anlaşmalara razı olmayacaq".
Modern.az RİA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Federasiya Şurasındakı çıxışı zamanı deyib.
"Moskva ərəb ölkələri ilə təmasda həmişə deyir ki, İsrailin təhlükəsizliyi üçün risk yaratmaq mümkün deyil. Qərb, görünür, Fələstin dövləti yaratmaq istəmir. Həll edilməmiş Fələstin problemi Qəzzada ekstremist meylləri artırır. ATƏT hazırda Rusiyaya heç bir əlavə dəyər gətirmir. Rusiya Qərb dövlətləri ilə mübahisə etmək istəmirdi, lakin indi onlar Moskvanın MDB ölkələri ilə əlaqələrini pozmağa çalışır və həssas bölgələri “qarışdırırlar”. Qərb dövlətlərinin nümayəndələri “dünyanın hər tərəfinə qaçırlar” və ölkələri Rusiya ilə qarşılıqlı əlaqəyə görə qorxudurlar", - nazir iddia edib.
O, AEBA-nın Fukusima Atom Elektrik Stansiyasından suyun okeana buraxılmasından sonra verdiyi hesabatlara toxunub və əlavə edib ki, Moskvanın bir sıra sualları hələ də cavabsız qalır.