Rusiya Prezidenti Vladimir Putin bu gün ilin yekunlarına dair mətbuat konfransı keçirəcək.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, dövlət başçısı ruslara müraciət edəcək və medianın suallarını cavablandıracaq.
Birbaşa xətt və illik mətbuat konfransı Rusiya prezidenti üçün ənənəvi ünsiyyət formatı halını alıb.
Bu il “Vladimir Putinlə ilin yekunları” üçün 850 mindən çox zəng daxil olub. Həmçinin Putinə 310 mindən çox SMS göndərilib.
Rusiya rəhbəri suallara dekabrın 14-də canlı yayımda cavab verəcək.