ABŞ-ın keçmiş prezidenti Donald Tramp yeni kartlar satışa çıxarıb.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, 47-ni alana onun məşhur fotodakı - həbsi zamanı əynində olan kostyum parçası ilə real kart əldə etmək olur.
Digər bonus isə keçmiş prezidentlə Floridadakı Mar-a-Laqo malikanəsində şam yeməyinə dəvətdir. Tramp satışın başladığını özünün "Truth Social" sosial şəbəkəsində elan edib. Bir kartın qiyməti 99 dollardır.
Qeyd edək ki, sözügedən fotoşəkil bu ilin avqustunda 2020-ci il prezident seçkilərinin nəticələrini təkrarlamaq üçün “reket” üsullarından istifadə etməyə cəhdə görə ona qarşı dördüncü cinayət işinin baxıldığı Corciya ştatında həbsxanada çəkilib.
Siyasətçi yarım saata yaxın həbsdə qalıb və əvvəlcədən razılaşdırılmış 200 min dollar girov qarşılığında sərbəst buraxılıb.