Modern.az

İmamoğlu, səni başqan seçdirməyəcəyik! - Akşenerin müavini

İmamoğlu, səni başqan seçdirməyəcəyik! - Akşenerin müavini

Dünya

14 Dekabr 2023, 17:32

Türkiyədə İYİ Partiyanın sədr müavini Mete Koca sosial mediada İstanbul bələdiyyəsinin sədri, CHP-nin qarşıdakı yerli seçkilərdə də namizədi olacaq Ekrem İmamoğlunu hədəfə alıb.

 

Modern.az xəbər verir ki, Koca İmamoğlunu İstanbulun bələdiyyə məclisində (İBB məclisi) İYİ Partiyaya qarşı "əməliyyat keçirməkdə" ittiham edib.

 

O, İmamoğlunu "CHP-nin həmsədri" adlandıraraq hazırkı sədr Özgür Özeli İmamoğlunun idarə etdiyinə eyham vurmağa çalışıb.

 

"CHP-nin həmsədri İBB məclis üzvləri vasitəsilə əməliyyat keçirir. Əməliyyatın böyüyü 31 martda (bələdiyyə seçkilərinin keçiriləcəyi tarix - red.) olacaq, cənab həmsədr! Səni başqan seçdirməyəcəyik", - deyə Meral Akşenerin müavini yazıb.

 

Qeyd edək ki, İBB məclisindəki İYİ Partiya fraksiyası rəhbərinin müavini İbrahim Özkan Akşenerin istəyi ilə vəzifəsindən istefa vermişdi. Daha sonra yenidən keçirilən seçkilərdə o, vəzifəsinə yenidən seçilib. Özkan partiyanın bələdiyyə seçkiləri ilə bağlı siyasətini tənqid etmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!