Modern.az

Ersin Tatar Beynəlxalq Jurnalistlər Şurasının tədbirində iddialara CAVAB VERDİ

Ersin Tatar Beynəlxalq Jurnalistlər Şurasının tədbirində iddialara CAVAB VERDİ

Dünya

14 Dekabr 2023, 22:01

Beynəlxalq Jurnalistlər Şurası Şimali Kipr Türk Respublikasında (ŞKTR) beynəlxalq tədbir təşkil edib.

 

Modern.az xəbər verir ki, tədbirdə ŞKTR prezidenti Ersin Tatar çıxış edib.

 

O, yəhudilərin ev və torpaq alaraq Şimali Kiprin "işğal etməyi planlaşdırdığı" iddiaları ilə bağlı diqqətçəkən açıqlamalar verib.

 

Lefkoşada keçirilən tədbirdə çıxış edən Tatar ŞKTR-də əcnəbilərə, xüsusilə də İsrail vətəndaşlarına torpaq satışı ilə bağlı mühüm tədbirlər gördüklərini bildirib. "Biz müstəqil dövlətik və maraqlarımıza zidd olan hər şeyə qarşı tədbir görürük", - Tatar deyib.

 

O, xarici vətəndaşların ŞKTR-də torpaq almaq hüququ ilə bağlı yeni tənzimləmə aparılacağını bildirib.

 

Ersin Tatar yəhudilərin ŞKTR-də böyük ərazilər və nəhəng bloklardan ibarət minlərlə bina alması ilə bağlı iddiaları yaxından izlədiyini qeyd edib:

 

“Biz də narahatıq. Təhlükəsizlik strukturlarımızla ən yüksək səviyyədə görüşlər keçirdik. Təhlükəsizlik qurumlarımıza göstərişlər verdik. İnşaat sektoru ŞKTR-nin iqtisadi strukturu üçün əhəmiyyətli bir sektordur. Bunları yoxlamaq və mümkün olan ən yaxşı şəkildə idarə etmək lazımdır".

 

Qeyd edək ki, tədbirdə 18-i xarici ölkələrdən olmaqla 60-a yaxın jurnalist iştirak edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!