Modern.az

Mirzoyan Gürcüstan, Ukrayna və Moldova XİN başçılarını təbrik etdi

Mirzoyan Gürcüstan, Ukrayna və Moldova XİN başçılarını təbrik etdi

Dünya

15 Dekabr 2023, 11:20

"Mən, Gürcüstan, Ukrayna və Moldovadan olan həmkarlarım İlia Darçiaşvili, Dmitro Kuleba və Niku Popeskunu, eyni zamanda bu üç ölkənin xalqını Aİ-nin mühüm qərarları münasibətilə təbrik edirəm".

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan X-də paylaşım edib.

 

"Bu, Avropa ailəsi, demokratik prinsipləri bölüşənlər üçün tarixi bir gündür", - o yazıb.

 

Qeyd edək ki, dünən Avropa İttifaqının sammitində Gürcüstana namizədlik statusu verilməsi, artıq namizəd statusu olan Ukrayna və Moldova ilə isə üzvlük danışıqlarına başlanması ilə əlaqədar qərar verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...