Modern.az

Dünya Bankı Ukraynaya 1,34 milyard dollar VERİR

Dünya Bankı Ukraynaya 1,34 milyard dollar VERİR

Dünya

15 Dekabr 2023, 13:26

Dünya Bankı Ukraynaya 1,34 milyard dollar ayıracaq.

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal özünün Telegram kanalında bildirib. Ayrılacaq vəsair xüsusilə pensiya və maaşların ödənilməsinə sərf olunacaq.

"Dünya Bankı Ukraynaya əlavə 1,34 milyard dollar ayırır. Bu vəsaitlər pensiyaların, müəllimlərin maaşlarının ödənilməsinə, məcburi köçkünlərə dəstək və digər prioritet dövlət büdcəsi xərclərinə yönəldiləcək. Bu maliyyə paketinin əsas hissəsi - 1,086 milyard dollar Yaponiyanın payına düşür. Qalanı ABŞ, İsveçrə və Ukraynaya Dəstək, Yenidənqurma və İslahat Fondunun qrantlarıdır”, - Şmıqal yazıb.


Şmıqal bildirib ki, Ukrayna ölkənin dövlət büdcəsinin kəsirini ödəmək üçün Aİ, ABŞ və BVF, eləcə də müttəfiq dövlətlərdən 30 milyard dollardan çox məbləğdə maliyyə yardımı alacağını gözləyir.

Ali Radanın Vergi Komitəsinin rəhbəri Daniil Getmantsev bildirib ki, Ukraynanın dövlət büdcəsi ciddi şəkildə xarici yardımdan asılıdır, ilin sonuna qədər Kiyev qrant şəklində təxminən 9,5 milyard dollar maliyyə dəstəyi və güzəştli kreditlər cəlb etməlidir.
 

Noyabrın sonunda Vladimir Zelenski 43 milyard dollardan çox kəsirlə Ukraynanın 2024-cü il dövlət büdcəsi haqqında qanun layihəsini imzalayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!