"İctimai strukturlar və işgüzar dairələr arasında dialoq İrəvan və Bakı rəsmiləri arasında əlaqələri bərpa etməyə imkan verəcək".
Modern.az xəbər verir ki, Rusiya Federasiyası İctimai Palatasının katibi Lidiya Mixeeva "Sputnik"ə "Rusiya-Ermənistan" forumu çərçivəsində bunu deyib.
"Diplomatik səviyyədə münasibətlər indi mürəkkəbdir. Amma sadə vətəndaşlarla işgüzar dairələr arasında əlaqələri saxlamaq və artırmaq vacibdir", - Mixeeva belə düşünür.
Qeyd edək ki, Rusiya Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy da forumda çıxış edib.