Modern.az

Ukrayna və Moldova Avropa İttifaqında sabitliyi poza bilərlər - Peskovun İDDİASI

Ukrayna və Moldova Avropa İttifaqında sabitliyi poza bilərlər - Peskovun İDDİASI

Dünya

15 Dekabr 2023, 15:24

"Kreml Avropa İttifaqının Ukrayna və Moldovanın üzvlük danışıqlarına başlamaq planlarını diqqətlə izləyir".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

 

"Aydındır ki, Ukrayna və Moldova hazırda Avropa İttifaqına daxil olmaq meyarlarına cavab vermir", - sözçü belə deyib.

 

Peskov deyib ki, Rusiya Avropa İttifaqının Ukrayna və Moldovanın üzvlüyü ilə bağlı danışıqlara başlamaq qərarını siyasiləşmiş sayır: "Belə ölkələr Aİ-də sabitliyi poza bilər".

 

O, Gürcüstana Aİ-yə namizəd statusunun verilməsi qərarını “Rusiyanı qıcıqlandırmaq” cəhdi adlandırıb: "Ukrayna, Gürcüstan və Moldovanı Aİ-yə qəbul etmək niyyəti siyasiləşib, çünki bu, praqmatik mülahizələrə uyğun gəlmir".

 

"Finlandiyanın ABŞ-la müdafiə sazişi imzalaması, şübhəsiz ki, Moskva ilə Helsinki arasında gərginliyin artmasına səbəb olacaq. Rusiya və Finlandiya arasında əla münasibətlər var idi, heç kim heç kimi təhdid etmədi, lakin Finlandiya tərəfinin NATO-da iştirakı Rusiya Federasiyası üçün təhlükə yaradacaq", - sözçü iddia edib.

 

Peskov təsdiqləyib ki, Putin bu gün Dövlət Dumasının fraksiya rəhbərləri ilə görüş keçirəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!