Modern.az

Mirzoyan BMT baş katibinin müavini ilə regionu müzakirə etdi

Mirzoyan BMT baş katibinin müavini ilə regionu müzakirə etdi

Dünya

15 Dekabr 2023, 17:22

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan BMT baş katibinin müavini, BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibi Tatyana Molçanla görüşüb.

 

Modern.az "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

"Görüş zamanı Ermənistan ilə BMT strukturları, o cümlədən BMT-nin Avropa İqtisadi Komissiyası arasında əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Sənaye, o cümlədən enerji və infrastrukturun inkişaf etdirilməsi sahələrində gələcək əməkdaşlıq imkanlarına, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə toxunulub", - məlumatda deyilir.

 

Ararat Mirzoyan və Tatyana Molçan regional məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!