Modern.az

Ermənistan Hindistandan bu raket sistemlərini alacaq 

Ermənistan Hindistandan bu raket sistemlərini alacaq 

Dünya

15 Dekabr 2023, 23:26

Ermənistan Hindistandan “Akaş” qısa mənzilli zenit-raket kompleksləri ala bilər.

 

Modern.az xəbər verir ki, bu barədə “EurAsianTimes” portalı yazıb.

 

Kompleks qrup və ya avtonom rejimdə eyni vaxtda bir neçə hədəfi vura bilir. Sistem daxili elektron əks tədbir imkanlarına malikdir. Bütün silah sistemi mobil platformalarda yerləşir.

 

"Akaş" 4-25 kilometr radiusda uçan helikopterləri, döyüş təyyarələrini və dronları vura bilir. Kompleks tam avtomatikdir, hədəfləri aşkar edir və məhv edir.

 

Bildirilir ki, "Akaş"ın Ermənistana ixracı nəzərdən keçirilir.

 

2022-ci ilin oktyabrında Ermənistanın Hindistandan pilotsuz uçuş aparatları, raket və artilleriya sistemləri sifariş etməsi barədə xəbərlər yayılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!