Modern.az

Liviya sahillərində gəmi qəzası - Onlarla miqrant öldü

Liviya sahillərində gəmi qəzası - Onlarla miqrant öldü

Dünya

17 Dekabr 2023, 10:02

Liviya sahillərində gəminin batması nəticəsində azı 61 nəfər ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının Liviya bölməsi X sosial şəbəkəsində məlumat yayıb.

 

Təşkilat qadın və uşaqların qəzadan sağ çıxmadığını bildirib. Hadisənin səbəbləri açıqlanmayıb.

 

Qayıq 86 sərnişinlə Liviyadan yola düşürü, lakin onların hara getdiyini açıqlamayıblar.

 

AFP-nin məlumatına görə, batmış qayıqda olan sərnişinlərin əksəriyyəti Nigeriya, Qambiya və digər Afrika ölkələrinin vətəndaşları olub. BMqT rəsmiləri sağ qalanlara tibbi yardım göstərdiklərini qeyd ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...