Modern.az

Rusiyanı tərk edən şirkətlər 103 milyard dollar itirib

Rusiyanı tərk edən şirkətlər 103 milyard dollar itirib

Dünya

18 Dekabr 2023, 00:33

Rusiyadan çıxdığını elan edən Qərb şirkətləri Ukraynada müharibə başlayandan bəri ümumilikdə 103 milyard dollar vəsait itirib.

 

Modern.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazıb.

 

Bildirilir ki, Rusiya prezidenti Vladimir Putin şirkətlərin ölkəni tərk etməsini ona sadiq olan elitanın və bütün dövlətin xeyrinə çevirə bilib.

 

Bazarı tərk edən şirkətlər Rusiyadakı aktivlərini ucuz qiymətə satmağa məcbur olub. Rəsmi Moskva, həmçinin bu aktivlərin alıcı dairəsini müəyyənləşdirməyə başlayıb.

 

Nümunə olaraq nəşr yazıb ki, Niderlandın "Heineken" pivə şirkətinin Rusiyadakı aktivlərini satmaq cəhdlərini göstərir. Nəşr danışıqlara yaxın olan şəxslərə istinadən qeyd edir ki, Rusiya hakimiyyəti şirkətin aktivlərinin alıcısı ilə sövdələşməni təsdiqləməkdən imtina edib və onları "Arnest" ətir şirkətinə verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!