İsrail Müdafiə Qüvvələri Qəzza zolağı ilə sərhəddə HƏMAS yaraqlılarının ən böyük tunelini aşkarlayıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, şaxələnmiş tunellərə yeraltı sığınacağın 4 km-dən çox uzandığı bildirilir. Tunel İsrailin Qəzza zolağı ilə sərhədindəki Erez keçid məntəqəsindən 400 metr aralıda yerləşir.
“Bu yeraltı tunel sistemi HƏMAS lideri Yəhya Sinvarın qardaşı Məhəmməd Sinvarın rəhbərlik etdiyi layihədir”, - deyə İsrail Müdafiə Qüvvələri bəyan edib.
HƏMAS evlər arasında gizli şəkildə hərəkət etmək və girovları gizlətmək üçün Qəzza zolağında geniş tunellər şəbəkəsindən istifadə edir. Tunellərin bir hissəsi dəmir-betondan tikilib, kommunikasiya şəbəkələri və elektrik xətləri ilə təchiz olunub. HƏMAS bəyan edib ki, tunellərin ümumi uzunluğu 500 km-dir.