Modern.az

Ərdoğanla Putin yenidən görüşəcək - Rusiyadan rəsmi AÇIQLAMA

Ərdoğanla Putin yenidən görüşəcək - Rusiyadan rəsmi AÇIQLAMA

Dünya

18 Dekabr 2023, 09:04

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri gündəmdədir, lakin hələlik konkret tarixlər yoxdur.
 

Modern.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə belə deyib.

 

O bildirib ki, səfərin hansı tarixdə reallaşması iki liderin iş qrafikindən asılı olacaq.

 

“Bu səfər gündəmdədir, türk tərəfdaşlarımızla təmasdayıq, lakin hələ dəqiq tarixlər yoxdur. Bu, iki prezidentin iş qrafikinin razılaşdırılması məsələsidir”, - deyə Peskov Türkiyəyə səfərlə bağlı planlardan danışıb.

 

O qeyd edib ki, bu yaxınlarda Rusiya Federasiyası prezidentinin özü belə bir səfərə hazır olduğunu bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı