Ermənistanın Gümrü şəhərinin keçmiş meri Vardan Qukasyanın əmlakı müsadirə edilib.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
İş üzrə ibtidai istintaq yekunlaşıb. Sabiq məmur cinayət yolu ilə əldə etdiyi 20-dən çox əmlakı mənimsəməkdə ittiham olunur.
Onun qardaşı, oğlu və biri axtarışda olan iki yaxın qohumuna qarşı da ittiham irəli sürülüb.