Latviya yaşayış icazəsi üçün müraciət etməyən və ya Latviya imtahanından keçməyən 1000-ə yaxın Rusiya vətəndaşını ölkədən çıxarmağı planlaşdırır.
Modern.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb.
Rusiya vətəndaşlarına getmək üçün 30 gün vaxt veriləcək, müstəsna hallarda bu müddət 1 ilə qədər uzadıla bilər.
Latviyada keçən ildən Rusiya vətəndaşlarına daimi yaşamaq icazəsi yalnız dil imtahanından keçdikləri halda verilməsi qərarı var. Bundan başqa, müvəqqəti icazəsi olanlar üçün müddətin uzadılmaması qərarlaşdırılıb.