Avropa İttifaqı Rusiyaya qarşı 12-ci sanksiyalar paketini təsdiqləyib.
Modern.az xəbər verir ki, yeni məhdudiyyətlər rəsmi jurnalda dərc edildikdən sonra qüvvəyə minəcək.
Yeni paketdə əsas yenilik Rusiyanın almaz sənayesinə qarşı məhdudiyyətlərdir. Belə ki, yanvarın 1-dən Rusiyada hasil edilən, emal edilən və ya istehsal olunan qeyri-sənaye almazlarının idxalına qadağa tətbiq ediləcək.
Martın 1-dən isə üçüncü ölkələrdə emal olunmuş Rusiya almazlarının idxalına mərhələli məhdudiyyətlər başlayacaq. Bundan əlavə, Avropa İttifaqı Rusiyadan alüminium məmulatlarının, o cümlədən məftil, folqa və boruların idxalına məhdudiyyətlər tətbiq edib.