Modern.az

Çilidə 5,7 bal gücündə ZƏLZƏLƏ

Çilidə 5,7 bal gücündə ZƏLZƏLƏ

Dünya

22 Dekabr 2023, 08:12

Çilinin Antofaqasta bölgəsində 5,7 bal gücündə zəlzələ baş verib.

 

Modern.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələnin episentri Antofaqasta bölgəsindəki Tokopilla şəhərindən 22 kilometr şimalda yerləşib.

 

İlkin məlumata görə, 54 kilometr dərinlikdə baş verən zəlzələ zamanı dağıntı və ölüm faktı qeydə alınmayıb.

 

Çili mətbuatının məlumatına görə, zəlzələnin maqnitudası 5,9 olaraq hesablanıb.

 

Dünyada ən çox seysmik hərəkətlərə malik ölkələrdən biri olan Çili “Alov halqası” kimi tanınan Sakit Okean Seysmik Bölgəsində yerləşir.

Sizə yeni x var
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı