Modern.az

Ermənistanla Rusiyanı birləşdirən Gürcüstan yolu bağlandı - QARA GÖRƏ

Ermənistanla Rusiyanı birləşdirən Gürcüstan yolu bağlandı - QARA GÖRƏ

Dünya

22 Dekabr 2023, 12:50

Rusiya və Ermənistanı birləşdirən yeganə yol olan Gürcüstan-Rusiya sərhədindəki Yuxarı Lars yolu yük daşıyan nəqliyyat vasitələri üçün bağlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.

 

Bildirilib ki, Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsində qarın yağması, temperaturun aşağı düşməsi və uçqun təhlükəsi ilə əlaqədar məhdudiyyətlər tətbiq edilib.

 

Həmçinin qeyd olunub ki, hava şəraiti normallaşandan sonra yolda bütün nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!