Modern.az

"Sol Cəbhə"nin liderinə cinayət işi açıldı

Dünya

11 Yanvar 2024, 11:52

Rusiyada "Sol Cəbhə"nin lideri Sergey Udaltsov dindirilmək üçün İstintaq Komitəsinə aparılıb.

 

Modern.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb.

 

KİV-in məlumatına əsasən, Udaltsova qarşı teleqram kanalındakı yazısına görə terrorçuluğa bəraət qazandırmaq (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2-ci maddəsi) maddəsi ilə cinayət işi açılıb.

 

Söhbətin hansı yazıdan getdiyi açıqlanmır.

 

Udaltsov bir müddət əvvəl polisin onun mənzilində axtarış apardığını bildirmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!