Modern.az

Tramp onu mətbuat katibi təyin etdi - YENİLƏNİB

Tramp onu mətbuat katibi təyin etdi - YENİLƏNİB

Dünya

Bu gün, 00:24

ABŞ Prezidenti Donald Tramp Keti Zakariyanı Ağ Evin yeni mətbuat katibi təyin etdiyini açıqlayıb.

Modern.az xəbər verir ki, Tramp bu barədə “Truth” sosial hesabında paylaşım edib.

Keti Zakariya hazırda “Tramp Media və Texnologiya Qrupu”nun kommunikasiya məsələləri üzrə baş müşaviri vəzifəsində çalışır.

“Əminəm ki, Keti Ağ Evin növbəti mətbuat katibi kimi ölkəmiz üçün yüksək nəticələr göstərəcək, media, Amerika xalqı və administrasiyamla uğurla əməkdaşlıq edəcək”, – deyə Tramp bildirib.

Zakariya avqustda administrasiyadan ayrılan Kerolin Livitti əvəz edəcək.

***

00:03

“Tramp Media və Texnologiya Qrupu”nun baş kommunikasiya müşaviri Keti Zakariaya Ağ Evin mətbuat katibi vəzifəsi təklif edilib.

Modern.az-ın “Axios”a istinadən verdiyi məlumata görə, Zakariya təklifi qəbul edərsə, avqustda administrasiyadan ayrılan Kerolayn Livitti əvəzləyəcək.

Ağ Ev təyinatı hələ rəsmən açıqlamayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyəli diplomatdan canlıda ağır sözlər - Bakıya hücum edənlər...