Modern.az

Ficidə güclü zəlzələ

Ficidə güclü zəlzələ

Dünya

15 Fevral 2024, 08:00

Fici arxipelaqının sahilində 5,8 maqnitudalı zəlzələ olub.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

 

Yeraltı təkanların episentri 52 min 500 əhalisi olan Lautoka şəhərindən 498 km şimal-şərqdə yerləşib.

 

Zəlzələ ocağının dərinliyi 28 km olub.

 

Dağıntı və tələfat barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Baş nazirin mülkləri niyə indi ÜZƏ ÇIXDI - Ölkədə nə baş verir?