Modern.az

Sakit okeanda güclü ZƏLZƏLƏ

Sakit okeanda güclü ZƏLZƏLƏ

Dünya

23 Fevral 2024, 07:40

Sakit okeanda 6,3 maqnitualı zəlzələ olub.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

 

Mərkəzin verilənlərinə əsasən, yeraltı təkanların episentri əhalisi təqribən 3,3 min nəfər olan Anqa-Roa şəhərindən (Pasxa adası, Çili) 896 km aralıda yerləşib. Zəlzələnin ocağı 2 km dərinlikdə olub.

 

Bölgədə sunami təhlükəsi elan olunmayıb.

 

Xatırladaq ki, daha öncə Sakit okeanda – Kuril adalarının sahilində – güclü zəlzələ olmuşdu.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Baş nazirin mülkləri niyə indi ÜZƏ ÇIXDI - Ölkədə nə baş verir?