Modern.az

Putinin qalib gəlməsinə imkan vermək ciddi tarixi səhv olardı - Stoltenberq

Putinin qalib gəlməsinə imkan vermək ciddi tarixi səhv olardı - Stoltenberq

Dünya

14 Mart 2024, 17:21

“İndi kritik məqamdır və Putinin qalib gəlməsinə imkan vermək ciddi tarixi səhv olardı”.

 

Modern.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq illik brifinqdə bildirib.

 

Onun sözlərinə görə, alyans üzvləri Ukraynanı kifayət qədər sursatla təmin etmir: "Ukraynalılar cəsarətlərini itirmirlər, lakin onların döyüş sursatları tükənmək üzrədir".

 

"Bizim Ukraynaya lazım olanı vermək imkanımız var", - Stoltenberq deyib.

 

O, alyans üzvlərini tez hərəkət etməyə çağırıb, çünki gecikmənin hər günü döyüş meydanında real nəticələrə malikdir. NATO-nun baş katibi həmçinin bəyan edib ki, Rusiya Federasiyasının Ukraynanın işğal olunmuş ərazilərində “seçkilər” keçirmək cəhdi qanunsuz sayılacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Azərbaycan bu ölkələrə etiraz etdi - Dayandırın!