Modern.az

Paşinyan Makronla nələri müzakirə edib...

Paşinyan Makronla nələri müzakirə edib...

Dünya

21 Mart 2024, 18:32

Ermənistanın baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla görüşüb.

 

Modern.az bu barədə Ermənistan hökumətinə istinadən xəbər verir.

 

Brüsseldə keçirilən görüşdə İrəvanla Bakı arasında sülh sazişinin bağlanması prosesi müzakirə olunub.

 

Görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar və Cənubi Qafqaz regionunda baş verən proseslərə toxunulub.

 

Tərəflər Ermənistan və Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!