Modern.az

Yol qəzasında 26 nəfər yaralandı 

Yol qəzasında 26 nəfər yaralandı 

Dünya

21 Mart 2024, 19:20

Tailandda turist avtobusu yük maşını ilə toqquşub.

 

Modern.ax xəbər verir ki, qəza martın 19-da günorta saatlarında Pattayadan Banqkoka gedən magistral yolda baş verib. İçərisində çinli turistlərin olduğu avtobus “Hino” markalı yük maşınına çırpılıb. Nəticədə 26 sərnişinin hamısı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar yerli xəstəxanalara çatdırılıblar.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Azərbaycan bu ölkələrə etiraz etdi - Dayandırın!