Modern.az

Türkiyədə antiterror əməliyyatı - 51 şübhəli saxlanıldı

Türkiyədə antiterror əməliyyatı - 51 şübhəli saxlanıldı

Dünya

31 Mart 2024, 14:07

Türkiyənin xüsusi xidmət orqanları İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 51 nəfəri saxlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri Ali Yerlikaya məlumat verib.

 

“21 vilayətdə dörd gün ərzində keçirilən əməliyyatlar çərçivəsində 51 nəfər İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinərək saxlanılıb”, - nazir “X” hesabında yazıb.

 

Daxili İşlər Nazirliyi rəhbərinin sözlərinə görə, ən çox saxlanılanlar (10 nəfər) Ankaradadır. Əməliyyatlar zamanı İŞİD-in fəaliyyətinə aid xeyli sayda sənədlər ələ keçirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranda yenə müharibə başladı - Gəmilər bombardman edilir - Xəbəriniz Var? - Media Turk TV