Modern.az

Kadırov oğluna yeni vəzifə verdi

Kadırov oğluna yeni vəzifə verdi

Dünya

29 Aprel 2024, 09:16

Çeçenistan rəhbəri Ramzan Kadırov 16 yaşlı oğlu Adəm Kadırovu Vladimir Putin adına Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinə kurator təyin edib.

 

Modern.az xəbər vrir ki, bu barədə o, teleqram kanalında yazıb.

 

O, bu qərarı təhsil müəssisəsinin rəhbərinin xahişi ilə verdiyini bildirib.

 

“O, məşhur universitetin fəaliyyəti ilə yaxından tanışdır, ona görə də inanıram ki, o, üzərinə düşən vəzifələrin öhdəsindən çox yaxşı gələcək” – deyə Kadırov bildirib.

 

Qeyd edək ki, Adəm Kadırov Quranı yandıran şəxs həbsxanada döydükdən sonra müxtəlif mükafatlar almağa başlayıb. O, Çeçenistan Qəhrəmanı adına layiq görülüb. Daha sonra o, “Qaraçay-Çərkəz qarşısında xidmətlərinə görə” , 1-ci dərəcəli “Ümmətə xidmətə görə”, “Kabardin-Balkar Respublikası qarşısında xidmətlərinə görə” ordenləri ilə təltif edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?