Modern.az

ABŞ-dən silah tədarükü bərpa olunmalıdır - Netanyahu

ABŞ-dən silah tədarükü bərpa olunmalıdır - Netanyahu

Dünya

23 İyun 2024, 15:55

ABŞ-dən İsrailə silah tədarükünün bərpası məsələsi yaxın gələcəkdə həll edilməlidir.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu hökumətin həftəlik iclasında deyib.

 

“Təxminən dörd ay əvvəl ABŞ-dən İsrailə silah təchizatında azalma oldu. Bu məsələnin yaxın gələcəkdə həll olunacağına inanıram”, - Baş nazir bildirib.

 

ABŞ Prezidenti Cozef Bayden mayın 8-də CNN telekanalına müsahibəsində bildirib ki, İsrail Qəzza zolağının cənubundakı Rəfah şəhərində hərbi əməliyyat keçirəcəyi təqdirdə silah tədarükünü dayandırılacaq. Mayın 10-da Ağ Evdən bildirilib ki, bu, tədarükün dayandırılması deyil, fasilədir.

 

Ötən gün İsrailin müdafiə naziri Yoav Qalant ABŞ-yə səfər edib. İsrail Müdafiə Nazirliyinin mətbuat xidmətinin qeyd etdiyi kimi, tərəflər hərbi sahədə əməkdaşlığı da müzakirə edəcəklər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrana getməyin, təhlükə var! Rusiyada əhaliyə kritik çağırış