Modern.az

İsraillə HƏMAS arasında danışıqlar sona yaxınlaşır 

İsraillə HƏMAS arasında danışıqlar sona yaxınlaşır 

Dünya

20 İyul 2024, 08:39

“İsraillə Fələstindəki HƏMAS arasında atəşkəs artıq görünmə məsafəsindədir”.

 

Modern.az-ın məlumatına görə, bu barədə ABŞ Dövlət katibi Antoni Blinken Koloradoda keçirilən Aspen Təhlükəsizlik Forumunda deyib.

 

O bildirib ki, danışıqlar artıq sona yaxınlaşıb. “Həll olunmalı bəzi məsələlər hələ də qalır. Biz hazırda bununla məşğuluq”,- deyə Blinken əlavə edib.

 

O həmçinin qeyd edib ki, əldə olunacaq razılaşma atəşkəsə, girovların evlərinə qayıtmasına, davamlı sülh və stabilliyin qurulması üçün daha düzgün yol izləməyə səbəb olacaq.

Sizə yeni x var
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?