Modern.az

NATO ordusunun Ukraynaya yeridilməsi təklif olundu

NATO ordusunun Ukraynaya yeridilməsi təklif olundu

Dünya

7 Aprel 2014, 09:53

Rusiyanın Ukraynanın şərqinə hücum edəcəyi təqdirdə NATO öz ordusunu Ukraynanın ərazisinə yerləşdirilməsi təklif olunur. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu təkliflə Çexiya prezidenti Miloş Zeman çıxış edib: “Əgər Rusiya Ukraynanın şərqində ərazi işğalının genişləndirərsə, onda zarafat bitəcək. Bu halda mən təklif edərdim ki, təkcə Avropa İttifaqına maksimum sərt sanksiyalar yox, həm də NATO ordusunun hazırlıq vəziyyətinə gətirilməsini, məsələn, Ukrayna ərazisinə yeridilməsini də məqbul sayardım”.

Xatırladaq ki, aprelin 6-da Xarkov, Luqansk və Donetskdə Rusiya tərəfdarı olan separatçılar vilayət administrasiyalarının binalarını mühasirəyə alıblar.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı