Modern.az

İranın müharibədəki zərəri açıqlandı

İranın müharibədəki zərəri açıqlandı

Dünya

14 Aprel 2026, 09:49

İran ABŞ-İsrail koalisiyası ilə son müharibədə indiyədək təxminən 270 milyard dollar zərər görüb.

Modern.az “Tasnim”ə istinadən xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatimə Mühacirani bildirib.

O bu rəqəmin yekun olmadığını da qeyd edib.

“Danışıqlar aparan heyətimizin hazırda izlədiyi məsələlərdən biri də müharibə təzminatlarıdır və bu mövzu İslamabaddakı görüşlərdə də müzakirə olunub. Zərərlər adətən bir neçə mərhələdə qiymətləndirilməlidir. ABŞ və İsrailin hücumları nəticəsində İranın itkiləri hələlik təxminən 270 milyard dollar olaraq qiymətləndirilir”.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!