Modern.az

Paşinyanın əsas rəqibi məhkəməyə aparıldı

Paşinyanın əsas rəqibi məhkəməyə aparıldı

Dünya

15 Aprel 2026, 11:21

“Güclü Ermənistan” partiyasının lideri və iş adamı Samvel Karapetyan Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə aparılıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Jurnalistlər ondan gözləntilərinin nə olduğunu soruşduqda, Karapetyan cavab verməyib.

Xatırladaq ki, on aylıq istintaqdan sonra Samvel Karapetyanın məhkəməsi 15 apreldə başlayır.
Məhkəmə çirkli pulların yuyulmasından tutmuş dövlət çevrilişinə çağırışlara qədər müxtəlif ittihamlarla bağlıdır.

Qeyd edək ki, Rusiyanın himayə etdiyi Samvel Karapetyan baş nazir Nikol Paşinyanın əsas rəqiblərindən sayılır. O, 7 iyun parlament seçkilərində iştirak edərək baş nazir seçilmək istəyir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya bu ölkəyə qarşı HÜCUMA BAŞLADI: NATO qoşunları hərəkətə keçdi