Modern.az

Tramp: "Qarşıdakı bir-iki gün ərzində İranla razılaşma əldə edəcəyik"

Tramp: "Qarşıdakı bir-iki gün ərzində İranla razılaşma əldə edəcəyik"

Dünya

18 Aprel 2026, 00:47

“ABŞ və İran nümayəndələri böyük ehtimalla bu həftəsonu yenidən görüşəcək və müharibəni bitirəcək yekun razılaşmanı hazırlayacaqlar”.

Modern.az xəbər verir ki, bunu “Axios” portalına açıqlamasında ABŞ Prezidenti Donald Tramp deyib.

“İranlılar görüşmək və razılaşmaq istəyirlər. Düşünürəm ki, görüş həftəsonu baş tutacaq. Hesab edirəm ki, qarşıdakı bir-iki gün ərzində razılaşma əldə edəcəyik”, - Tramp əlavə edib.

Portal mənbələrə istinadən onu da qeyd edir ki, mühüm irəliləyiş əldə olunmasına və tərəflərin artıq üç səhifəlik sülh planına yaxınlaşmasına baxmayaraq əsas məsələlər üzrə hələ də fikir ayrılıqları qalır.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?