Modern.az

İraq neft ixracını bərpa edir

İraq neft ixracını bərpa edir

Dünya

Bu gün, 21:01

İraq Neft Nazirliyi ölkənin bütün yataqlarından neft ixracının yaxın bir neçə gün ərzində bərpa olunacağını açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə "Reuters" nəşri məlumat verib.

"Energetika sahəsindəki dörd mənbə bildirib ki, İraq Hörmüz boğazı vasitəsilə gəmiçilikdə yaranan problemlər səbəbindən bir aydan çox davam edən fasilədən sonra ölkənin cənubundan neft ixracını bərpa edib", - deyə nəşr bildirib.

Qeyd edək ki, İraq mart ayında Yaxın Şərqdəki müharibə və Hörmüz boğazının blokadası səbəbindən neft hasilatını 60%-ə qədər azaldıb. Yanacağın təhlükəsiz şəkildə daşınmasının mümkünsüzlüyü səbəbindən əsas marşrutlar üzrə ixrac dayandırılmışdı.

Sizə yeni x var
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?