Modern.az

İran səfiri Hindistan XİN-ə ÇAĞIRILDI

İran səfiri Hindistan XİN-ə ÇAĞIRILDI

Dünya

18 Aprel 2026, 23:08

Hindistan Xarici İşlər Nazirliyi İranın Yeni Dehlidəki səfiri Məhəmməd Fəthalini nazir Subrahmanyam Cayşankar ilə görüşə çağırıb.

Modern.az xəbər verir ki, nazir Hörmüz boğazında Hindistan bayrağı altında üzən iki gəmiyə qarşı edilən atışma ilə bağlı narahatlığını bildirib.

“Bu axşam İran İslam Respublikasının Yeni Dehlidəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı nazir bu gün Hörmüz boğazında Hindistan bayrağı altında üzən iki gəmi ilə baş verən atışma hadisəsindən narahatlığını ifadə edib”, - məlumatda qeyd olunur.

Hindistan Xarici İşlər Nazirliyinin məlumatına görə, ticarət gəmiləri boğazdan keçərkən atəşə tutulub.

Rəsmi Dehli İranı Hindistana gedən gəmilərin boğazdan keçməsini mümkün qədər asanlaşdırmağa çağırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?